Suallarınız var? Bizdə cavabları var
Mövzuya görə sualları axtarın:
Qidalanma
Uşaqda bu cür qida davranışının inkişafı üçün ilkin şərtlər bunlar ola bilər:
- əlavə qidanın rasiona gec daxil edilməsi;
- uşağın “bankalarda” olan homogenləşdirilmiş uşaq qidası ilə uzun müddət qidalandırılması;
- valideynlərin uşağın az yeməsi, kifayət qədər böyüməməsi və / və ya zəif çəki yığması qorxusu;
- valideynlərin uşağı istənilən üsullarla qidalandırmaq istəyi;
- ailədə yanlış qidalanma rejimi və qidalanma vərdişləri;
- “fəst-fud” dan istifadə.
İştahanın qısamüddətli pozulmaları və yeməkdə seçiciliyə olduqca tez-tez rast gəlinir və onlar uşağın böyüməsinə və inkişafına təsir göstərmir, eləcə də bir qayda olaraq, onları həll etmək üçün xüsusi tədbirlər tələb olunmur. Uzun müddət iştahanın azalması / seçici iştahaya malik olmaq qidalandırıcı maddələrin çatışmazlığına gətirib çıxara bilər ki, bu da öz növbəsində aşağıdakı problemlərə səbəb ola bilər:
a) böyümə və inkişafdan geri qalma;
b) KRVİ ilə xəstələnmə hallarının artması;
c) koqnitiv inkişafın ləngiməsi;
d) uşağın qidalandırılması / yedizdirilməsi prosesi ilə bağlı ailədə stressli vəziyyətin formalaşması.
Belə hallarda, xəstəlikləri istisna etmək və uşağın qida rasionunu tənzimləmək məqsədilə tövsiyələr almaq üçün həkimə müraciət etməlisiniz.
Hansı Pediasure-u seçməli
PediaSure Maloyejka adi rasiona əlavə olaraq 1 yaşdan 10 yaşa qədər uşaqlarda sağlam böyümə, inkişaf və immunitetin* möhkəmləndirilməsinə kömək edir.
PediaSure Zdoroveyka 1 yaşdan 10 yaşa qədər uşaqlarda xəstəlik və sağalma dövründə gücü və enerjini bərpa etməyə kömək etmək üçün hər millilitrdə daha çox enerji və nutriyentlər ehtiva edir. Həmçinin Pediasure Zdoroveyka-nın tərkibində mənbəyi yulaf lifləri olan qida lifləri vardır.
- * Tərkibindəki makro- və mikronutriyentlər sayəsində
PediaSure məhsulu hazırda aşağıdakı dadlarda təqdim edilir:
PediaSure Maloyejka maye formada — 5 dadda: vanil, şokolad, çiyələk, banan və təbii.
PediaSure Maloyejka quru formada — 3 dadda: vanil, şokolad, çiyələk.
PediaSure Zdoroveyka — 1 dad: vanil.
Məhsul aşağıdakı hallarda istifadə edilə bilər:
- qida maddələrinə və enerjiyə artan tələbat zamanı, o cümlədən:
- kəskin xəstəliklər zamanı (qrip, KRVİ) və sağalma dövründə;
- xroniki xəstəliklər zamanı (ürək-damar, onkoloji),
- udma və çeynəmə ilə bağlı problemlər zamanı:
- QBB orqanlarında əməliyyatlardan sonra;
- üz-çənə travması və ya stomatoloji müdaxilələrdən sonra;
- bərk qidaları udmaq və çeynəmək çətinliyi ilə müşayiət olunan USİ (uşaq serebral iflici) və digər nevroloji xəstəlikləri olan uşaqlarda,
- bədən kütləsi az olan uşaqlarda;
- malabsorbsiya, mukovissidoz, seliakiya xəstəliyi zamanı.
PediaSure məhsullarının heç biri süd məhsulu deyil, lakin əvəz olunmayan aminturşuların mənbəyi olan inək südü zülalını ehtiva edir.
PediaSure içkiləri — qeyri-kafi qidalanan uşaqların tələbatlarını ödəmək üçün tərkibi məqsədyönlü şəkildə işlənib hazırlanmış xüsusiləşdirilmiş məhsullardır. Süd zülalı — tamdəyərli və ən asan həzm olunan zülal növlərindən biridir, buna görə də məhsulun tərkibinə daxil edilmişdir.
Sağlamlıq
Bütün PediaSure məhsulları qlütensizdir. Onlar qlütensiz məhsullar* meyarlarına tam cavab verirlər, çünki tərkibində buğda, çovdar, arpa, yulaf və ya onların çarpazlaşdırılmış (onların çarpazlaşdırılması nəticəsində əldə edilən) variantları olmayan inqrediyentlərdən hazırlanmışlar və istifadəyə hazır məhsulun tərkibindəki qlütenin səviyyəsi 20 mq/kq-dan çox deyildir.
- * Gİ TR 027/2012 “XÜSUSİLƏŞDİRİLMİŞ QİDA MƏHSULLARININ AYRI-AYRI NÖVLƏRİNİN TƏHLÜKƏSİZLİYİ” Texniki Reqlamentinin tələbi. Maddə 2, b.9., CODEX ALimentarius CXS 118–1979 STANDARD FOR FOODS FOR SPECIAL DIETARY USE FOR PERSONS INTOLERANT TO GLUTEN (QLÜTENƏ QARŞI DÖZÜMSÜZLÜYÜ OLAN İNSANLARIN XÜSUSİ PƏHRİZ ÜÇÜN İSTİFADƏ ETDİYİ MƏHSULLARA DAİR STANDART) Standartında qeyd edilən tərif ilə üst-üstə düşür. b. 2.1.1
İstifadəsi
400 qramlıq banka:
Qablaşmadakı məhsul standart durulaşdırma zamanı təxminən 8 porsiya (hər biri 225 ml) hazırlamaq üçün nəzərdə tutulmuşdur. Hər bir bankada ölçü qaşığı vardır ki, bu da hər porsiya üçün quru qarışığın miqdarını rahat hesablamağa imkan verəcəkdir.
850 qramlıq banka:
Qablaşmadakı məhsul standart durulaşdırma zamanı təxminən 17 porsiya (hər biri 225 ml) hazırlamaq üçün nəzərdə tutulmuşdur. Hər bir bankada ölçü qaşığı vardır ki, bu da hər porsiya üçün quru qarışığın miqdarını rahat hesablamağa imkan verəcəkdir.