PediaSure Maloyejka
- * Qeyri-kafi qidalanan uşaqlar üçün tərkibindəki makro- və mikronutriyentlər sayəsində
- * Qeyri-kafi qidalanan uşaqlar üçün tərkibindəki makro- və mikronutriyentlər sayəsində
- ^ Məhsul qeyri-kafi qidalanan və ya qeyri-kafi qidalanma riski altında olan uşaqlar üçün nəzərdə tutulmuşdur. Uşağınızın fərdi qida tələbatlarını mütəxəssislə müzakirə etməyi tövsiyə edirik
PediaSure Maloyejka quru qarışığını necə durulaşdırmaq lazımdır?
-
Hazırlamazdan əvvəl əllərinizi yaxşıca yuyun.
-
Təmiz, quru bir qab hazırlayın (məsələn, stəkan və ya şüşə).
-
Bir porsiya (225 ml) PediaSure Maloyejka-nı hazırlamaq üçün 190 ml qaynadılmış sudan istifadə edin. Suyun temperaturu 35°C-dən çox olmamalıdır, çünki bu, probiotiklərin faydalı xüsusiyyətlərinə mənfi təsir göstərə bilər.
-
Suyun çox isti olub-olmadığını bilməyin bir yolu var. Quru Maloyejka-nı durulaşdırmazdan əvvəl suyu dirsək büküşünüzə və ya biləyinizə damcıladın. Əgər siz onu hiss etmirsinizsə, bu o deməkdir ki, mayenin temperaturu təxminən bədənin hərarətinə bərabərdir və siz hazırlamağa davam edə bilərsiniz.
-
5 ölçü qaşığı quru qarışığı bir stəkan suya tökün, yaxşıca qarışdırın. Budur, qidalandırıcı içki artıq istifadəyə hazırdır!
Xəbərdarlıq
Ölçü qaşığı
Bir porsiyanın (225 ml) qida dəyəri
Nutriyentlər
Göstəricilər | Vahidlər | 225 ml1 üçün |
---|---|---|
Enerji dəyəri | kkal/kC | 226/949 |
Zülallar | q | 6,74 |
Yağlar | q | 8,84 |
Linolen turşusu (Omeqa-3) | mq | 340 |
Linol turşusu (Omeqa-6) | q | 1,94 |
Karbohidratlar | q | 29,35 |
FOS (prebiotiklər) | q | 1,02 |
Taurin | mq | 16 |
Karnitin | mq | 3,8 |
İnozit | mq | 18 |
Xolin | mq | 68 |
Dokozaheksaen turşusu (DHT-Omeqa-3) | mq | 10,0 |
Vitaminlər
Göstəricilər | Vahidlər | 225 ml1 üçün |
---|---|---|
A vitamini | mkq RE | 135 |
D3 vitamini | mkq | 4,5 |
E vitamini | mq α-TE | 3,5 |
K1 vitamini | mkq | 12 |
C vitamini | mq | 23 |
Fol turşusu | mkq | 56 |
B1 vitamini | mq | 0,63 |
B2 vitamini | mq | 0,48 |
B6 vitamini | mq | 0,59 |
B12 vitamini | mkq | 0,68 |
Niasin | mq | 1,8 |
Pantoten turşusu | mq | 1,6 |
Biotin | mkq | 4,5 |
Minerallar
Göstəricilər | Vahidlər | 225 ml1 üçün |
---|---|---|
Natrium | mq | 131 |
Kalium | mq | 345 |
Xloridlər | mq | 228 |
Kalsium | mq | 225 |
Fosfor | mq | 189 |
Maqnezium | mq | 36 |
Dəmir | mq | 3,1 |
Sink | mq | 1,5 |
Manqan | mq | 0,34 |
Mis | mkq | 146 |
Yod | mkq | 22 |
Selen | mkq | 7,2 |
Xrom | mkq | 6,8 |
Molibden | mkq | 9 |
-
1 225 ml — PediaSure Maloyejka-nın 1 porsiyası.
225 ml üçün hesablama PediaSure Maloyejka məhsulunun tərkibi əsasında edilmişdir.
Maloyejka-da nə qədər kalori var
Mütəxəssislərin hesablamalarına görə, iki yaşdan yuxarı uşaqların qida rasionunda zülal gündəlik kalorilərin 12–15%-ni, yağlar 25–35%-ni, karbohidratlar isə 55–60%-ni təşkil etməlidir (onlardan, kalori miqdarına görə hesabladıqda 10%-dən az şəkər yemək daha yaxşıdır).
Bir şüşə Maloyejka-da — 201 kkal, bir stəkan durulaşdırılmış qarışıqda — 226 kkal vardır.
Məhsul qeyri-kafi qidalanan və ya qeyri-kafi qidalanma riski altında olan uşaqlar üçün nəzərdə tutulmuşdur. Uşağınızın fərdi qida tələbatlarını mütəxəssislə müzakirə etməyi tövsiyə edirik
- ^ - Həkim başqa cür tövsiyə etməyibsə.
- 1. Metodik tövsiyələr MT 2.3.1.0253-21 Rusiya Federasiyası əhalisinin müxtəlif qrupları üçün enerji və qida maddələrinə fizioloji tələbatın NORMALARI
- 2. Huynh DT, et al. J Hum Nutr Diet. 2015; 28(6): 623–635; Huynh DT, et al. J Nutr Sci. 2016; 5: e20.
PediaSure Maloyejka quru qarışığının yararlılıq müddəti və saxlanılması
-
Məhsulun açılmamış bağlamasını 25 dərəcə Selsidən çox olmayan temperaturda və havanın nisbi rütubətinin 75%-dən çox olmadığı yerdə saxlamaq lazımdır.
-
Açıldıqdan sonra qapağı bağlayın, sərin və quru yerdə (lakin soyuducuda deyil) saxlayın və 3 həftə ərzində istifadə edin.
-
Qarışığı bir qəbul üçün lazım olandan daha çox hazırlamısınızsa, onu soyuducuda qapalı qabda 4 ± 2 dərəcə Selsi temperaturda saxlamalı və 24 saat ərzində istifadə etməlisiniz.
-
Yararlılıq müddəti:
24 ay
Maloyejka-nın xüsusi qaydada saxlanması qarışığın işığa, rütubətə və temperatura həssas olan çox sayda komponentdən ibarət olması ilə əlaqədardır.
Quru qarışıq 400 və 850 qramlıq, içindəkiləri yaxşı qoruyan, hermetik şəkildə bağlanmış tənəkə bankalarda buraxılır. Açılmamış bankanı 25°C-dən çox olmayan temperaturda və havanın nisbi rütubətinin 75%-dən çox olmadığı yerdə saxlamaq olar. Ümumi yararlılıq müddəti istehsal tarixindən etibarən 2 ildir.
Alarkən bankanın zədəli olmamasına mütləq diqqət yetirin. Pas izləri və digər dərin zədələr Maloyejka-nın saxlanma şəraitinin pozulmasını göstərə bilər.
Açılmış bankanı qapaq ilə möhkəm bağlamaq, qaranlıq və sərin yerə qoymaq lazımdır (lakin soyuducuya deyil). Açılmış bankanı maksimum 21 gün saxlamaq olar, daha uzun müddət saxlandıqda, biz məhsulun təhlükəsizliyinə və qida dəyərinə zəmanət verə bilmirik. Qarışığı uşağın bir dəfəyə içə biləcəyindən daha çox miqdarda hazırlamısınızsa, qalanını təmiz bir qaba tökün, qapaq ilə bağlayın və soyuducuda saxlayın. Hazırlanmış porsiyanın qalan hissəsi 24 saat ərzində istifadə edilməlidir. 24 saatdan sonra içilməmiş hissəni atın.
Məhsulu alarkən, istehsalçının Maloyejka-nın saxlanması barədə təlimatlarını diqqətlə oxuyun. Tənəkə bankanın dibində məhsulun seriyası, istehsal tarixi, bankanın üzərində isə yararlılıq müddəti qeyd olunmuşdur. Uşağı yalnız ən faydalı və sağlam qida ilə təmin etmək üçün məhsulun təzə olmasına diqqət edin.
PediaSure Maloyejka ilə sağlam böyümə və inkişaf
Tərkibi**
- Məhsul qeyri-kafi qidalanan və ya qeyri-kafi qidalanma riski altında olan uşaqlar üçün nəzərdə tutulmuşdur. Uşağınızın fərdi qida tələbatlarını mütəxəssislə müzakirə etməyi tövsiyə edirik
- * Qeyri-kafi qidalanan uşaqlar üçün tərkibindəki makro- və mikronutriyentlər sayəsində
- ** PediaSure Maloyejka-nın bir porsiyasının tərkibində sadalanan məhsulların tərkibində olan miqdarda qida maddələri vardır
Həmçinin sınayın
Xəstəlik və sağalma dövründə gücün və enerjinin bərpa olunması üçün PediaSure Zdoroveyka.